Ağstafada yolnəqliyyat hadisəsi baş verib, ölən və xəsarət alan var VİDEO AZƏRTAC

15.11.2024

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ağstafa, 14 noyabr, Ruslan Novruzoğlu, AZƏRTAC

Ağstafada ölümlə nəticələn ağır yol qəzası baş verib.

AZƏRTAC xəbər verir ki, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili arabaya çırpılıb. Qəza zamanı arabada olan 52 yaşlı Ələmdar İsmayılov və onun nəvəsi 6 yaşlı Əziz Tağıyev xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью