Yenisabah saytına istinadən Icma.az xəbər verir.
Ağstafa rayonunda sursatın partlaması nəticəsində bir nəfərin həlak olması, digərinin ağır xəsarət alması Ombudsmanın narahatlığına səbəb olub.
“Yeni Sabah” xəbər verir ki, Ombudsman hadisə ilə bağlı yaydığı açıqlamada mina və partlamamış hərbi sursatların ölkəmizdə insanların həyat və sağlamlığı üçün ciddi təhlükə olaraq qaldığını bildirib.
Qeyd olunub ki, bu problem yalnız insan həyatı üçün təhdid yaratmır, həm də sağlam ətraf mühitdə yaşamaq hüququnu pozur. Belə partlayışlar və torpaq altında uzun müddət qalan sursatlar kimyəvi çirklənməyə səbəb olur, münbit torpaq qatını sıradan çıxarır və yeraltı su hövzələrini çirkləndirir. Bakıda online alış-veriş
Ombudsman vurğulayıb ki, COP31 kimi qlobal əhəmiyyətli iqlim tədbirinin keçirildiyi bir dövrdə Azərbaycanda belə faciənin yaşanması beynəlxalq ictimaiyyətin diqqətini mina və partlamamış hərbi sursatların yaratdığı humanitar təhlükəyə bir daha yönəltməlidir.
O, beynəlxalq ictimaiyyəti və aidiyyəti təşkilatları problemin aradan qaldırılması, humanitar minatəmizləmə fəaliyyətinə dəstəyin gücləndirilməsi və insanların təhlükəsiz yaşamaq hüququnun təmin olunması istiqamətində səyləri artırmağa çağırıb.