Ağstafaya gedənlərin nəzərinə!

02.12.2025

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Artan sərnişin tələbatını təmin etmək məqsədilə 5, 6 və 7 dekabr tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilir.

Modern.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.

Bildirilib ki, eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı-Qazax-Bakı marşrutu ilə də səfər edə bilərsiniz.

Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə etmək olar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью