Ağstafaya sel gəldi Video

19.07.2026

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gecə saatlarında Ağstafa rayonunun Dağ Kəsəmən kəndinə sel gəlib.

“Qafqazinfo” xəbər verir ki, yağışdan sonra gələn sel suları bir sıra problemlər yaradıb.

Belə ki, sel kəndarası yollarda çətinliklər yaradıb. Arxları daşıb. Sel suları sakinlərin həyətyani sahələrinə dolub. Hazırda yaranan vəziyyətin aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Əraziyə ağır texnikalar cəlb olunub. Arxların təmizlənməsi işləri aparılır.

Yunis Quliyev



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью