Ağsu dolaylarında VƏZİYYƏT VİDEO

02.01.2026

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ağsu dolaylarında hava şəraiti ilə əlaqədar polis əməkdaşları tərəfindən fasiləsiz xidmət təşkil olunub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, sürücülərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə zəruri tədbirlər həyata keçirilir.

Nəqliyyatın hərəkəti polis əməkdaşları tərəfindən tənzimlənir, sürücülərlə profilaktik iş aparılır və onlara yollarda olan vəziyyət barədə məlumat verilir. Vətəndaşlarımıza köməklik göstərilir, onların mənzil başına təhlükəsiz çatmaları təmin edilir.

Yol patrul xidməti avtomobillərinin müşayəti ilə aidiyyəti qurumun əməkdaşları tərəfindən əraziyə qum, duz səpilir, təhlükəsizlik tədbirləri davam edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью