Ağsu sakini fermada ağacla döyüldü

11.05.2025

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Mayın 11-də günorta saatlarında Ağsu rayon sakini,1975-ci il təvəllüdlü Vasif Vahidov döyülüb. Onun Şamaxı rayonunda icarəyə götürdüyü fermada aralarında yaranmış mübahisə zəminində Ağsu rayon sakini, 68 yaşlı Əvəz Əliyev tərəfindən ağac parçası ilə döyüldüyü bildirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, əməli törədən şəxs saxlanılıb. Xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub və hazırda istintaq araşdırmaları davam etdirilir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью