Ağsu sakini qardaşını bıçaqlayıb

23.07.2025

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ağsuda bıçaqlanma hadisəsi baş verib.

APA-nin Şirvan bürosu xəbər verir ki, rayon sakini Seymur Nuriyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qardaşı 46 yaşlı Gündüz Nuriyevə bıçaqla çoxsaylı xəsarətlər yetirib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nin sorğusuna cavab olaraq bildirilib ki, əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью