Ağsu və İsmayıllıda mal qara oğurlayanlar tutuldu

26.12.2025

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ağsu rayonunun Kəlağayılı kəndində yerləşən örüş sahəsindən iribuynuzlu heyvanın oğurlanması barədə polisə məlumat daxil olub. 

Lent.az xəbər verir ki, rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törədən 31 yaşlı Bahadur Rəhmanlı saxlanılıb. Araşdırmalarla saxlanılan şəxsin tanışı, 33 yaşlı Əbülfəz Həşimli ilə əlbir olaraq İsmayıllı rayonunda da analoji oğurluq əməlləri etdikləri müəyyən olunub. Ə.Həşimli də saxlanılaraq istintaqa təhvil verilib. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью