Ağsuda 141 baş xırdabuynuzlu heyvan oğurlayan şəxs saxlanılıb

27.08.2026

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

Ağsu rayonunda örüş sahəsindən 141 baş xırdabuynuzlu heyvanın oğurlanması barədə polisə məlumat daxil olub.

BAKU.WS xəbər verir ki, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 22 yaşlı Vüsal Sarxanov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə V.Sarxanov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Посмотреть эту публикацию в Instagram

Публикация от @baku.ws_official

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью