Ağsuda 2 maşın toqquşdu Ölən və yaralananlar var

10.12.2024

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Ağsuda ölümlə nəticələnən yol qəzası olub.

Gununsesi.info xəbər verir ki, 1960-cı il təvəllüdlü Bəbir Şirin oğlu Mehdiyevin idarə etdiyi “VAZ 21074 minik” markalı avtomobillə 1987-ci il təvəllüdlü Elmin Ənnağı oğlu Nağıyevin idarə etdiyi “Toyota Prius” markalı minik maşını toqquşub.

Nəticədə “VAZ 21074″ün sürücüsü Bəbir Mehdiyev hadisə yerində ölüb, avtomobildə olan sərnişin, 2014-cü il təvəllüdlü Ceyhun Vüqar oğlu Həsənli, “Toyota Prius”un sürücüsü Elmin Nağıyev və avtomobildə olan 1997-ci il təvəllüdlü Mirzə Mirvahid oğlu Kamilov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı cinayət işi başlanılıb.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью