Ağsuda 25 yaşlı gənc qəza törətdi: Vəziyyəti ağırdır

25.01.2025

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Ağsu rayonunda 25 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, 2000-ci il təvəllüdlü Sarızadə Nicat Nizami oğlu idarə etdiyi avtomobili yol kənarındakı maneəyə çırpıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Lakin vəziyyəti ağır olduğu üçün Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib. Müayinə zamanı ona qapalı onurğa-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью