News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Sentyabrın 1-də Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Ağsu rayonunun Nəvahi kəndi ərazisində yanğın baş verməsi və ətraf üçün təhlükə yaranması barədə məlumat daxil olub.Bu barədə News24.az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, FHN-in yanğından mühafizə bölmələrinin operativ müdaxiləsi nəticəsində yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı əkin sahəsinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış ilkin araşdırma zamanı hadisənin qəsdən törədildiyi müəyyən edilib.Araşdırmalar nəticəsində yanğının Ağsu rayonunun Nəvahi kənd sakini, 1951-ci il təvəllüdlü Mahir Rəhim oğlu Qaniyev tərəfindən törədildiyi müəyyən olunub.
O, törətdiyi əməli etiraf edib.Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.