Ağsuda ağır QƏZA: Ölən və xəsarət alanlar var

09.12.2024

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ağsuda ağır yol qəzası baş verib. 
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir avtomobil yolunun Ağsu rayonunun Hacısəmədli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 
Bununla bağlı DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan yerli büromuza bildirilib ki, səhər saatlarında qeydə alınan iki minik avtomobilinin toqquşması nəticəsində sürücülərdən biri, Mehdiyev Bəbir Şirin oğlu aldığı xəsarətlərdən ölüb.
 

Qəza zamanı daha 3 nəfər - 10 yaşlı Ceyhun Vüqar oğlu Həsənli, 37 yaşlı Elmin Ənvər oğlu Nağıyev və 27 yaşlı Mirzə Mirvahid oğlu Kamilov müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar.


Hazırda yol-nəqliyyat hadisəsi ilə bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb. 
Bizim.Media, Aran bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью