Ağsuda ağır qəza Ölən və xəsarət alanlar var

10.12.2024

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ağsu rayonunda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, rayon ərazisində 1960-cı il təvəllüdlü Bəbir Mehdiyevin idarə etdiyi “Vaz 21074” ilə 1987-ci il təvəllüdlü Emin Nağıyevin sürdüyü “Toyota Prius” toqquşub.

Nəticədə B.Mehdiyev hadisə yerində ölüb, onun avtomobilində olan 2014-cü il təvəllüdlü sərnişin Həsənli Ceyhun Vüqar oğlu, eləcə də E.Nağıyev və 1997-ci il təvəllüdlü sərnişini Mirzə Kamilov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Ağsu RPŞ-də cinayət işi başlanıb və istintaq aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью