Ağsuda ağır QƏZA: Ölən və xəsarət alanlar var

10.12.2024

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Ağsu rayonunda ağır yol qəzası baş verib.

Avtosfer.az xəbər verir ki, rayon ərazisində 1960-cı il təvəllüdlü Bəbir Mehdiyevin idarə etdiyi “Vaz 21074” ilə 1987-ci il təvəllüdlü Emin Nağıyevin sürdüyü “Toyota Prius” toqquşub.

Nəticədə B.Mehdiyev hadisə yerində ölüb, onun avtomobilində olan 2014-cü il təvəllüdlü sərnişin Həsənli Ceyhun Vüqar oğlu, eləcə də E.Nağıyev və 1997-ci il təvəllüdlü sərnişini Mirzə Kamilov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Ağsu RPŞ-də cinayət işi başlanıb və istintaq aparılır.

(qafqazinfo)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью