Ağsuda ağır qəza yaralılar var

25.04.2025

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunun Ağsu rayonundan keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az-ın məlumatına görə, hərəkətdə olan mikroavtobus naməlum səbəbdən idarəetməni itirərək yoldan çıxıb və qəzaya uğrayıb.

İlkin məlumata əsasən, qəza nəticəsində bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Kürdəmir və Ağsu Rayon Mərkəzi Xəstəxanalarına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. /APA
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью