Ağsuda avtomobil aşaraq yandı

23.02.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Ağsuda qəza olub. 

"Unikal" xəbər verir ki, hadisə gecə saatlarında Ağsu dolaylarında baş verib. Hadisə yerinə Ağsu rayon DYMH-nin yanğınsöndürənləri cəlb olunub.

Qəza zamanı Zaqatala rayon Aşağıtala kənd sakini - 1996-cı il təvəllüdlü Əmrah Ramazan Valeh oğluna məxsus "50-FA-156" nömrəli "Land Rover" markalı minik avtomobili aşıb, daha sonra isə alışaraq yanıb.  

Hadisə zamanı xəsarət alan olmayıb.

Seymur Əli


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью