Ağsuda avtomobil qəzası olub

01.02.2026

Ayna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ağsuda avtomobil qəzası baş verib. AYNA.AZ APA-ya istinadən  Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Ərəbmehdibəy kəndini ərazisində qeydə alınıb.

Hadisə nəticəsində 1996-cı il təvəllüdlü Tağıyev Ruslan Rəfail oğlu, 1992-ci il təvəllüdlü Mollayev Amil Emin oğlu və 1998-ci il təvəllüdlü Heybətov İlkin Vəli oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Xəsarət alan şəxslərdən birinin vəziyyəti ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью