Ağsuda ər və arvad ağır qəzaya düşdü, biri öldü

28.11.2026

Icma.az, Axar.az saytına istinadən bildirir.

Ağsuda ölümlə nəticələnən yol qəzası baş verib.

Axar.az xəbər verir ki, ötən gün axşam saatlarında Ağsu şəhəri ərazisində Ələddin Qədirovun idarə etdiyi VAZ-2106 və Simran Əhmədlinin idarə etdiyi “Ford Transit” markalı avtomobillər toqquşub.

Nəticədə VAZ-2106-nın sürücüsü xəsarət alıb, sərnişin - həyat yoldaşı 60 yaşlı Məlahət Qədirova isə hadisə yerində ölüb.

Faktla bağlı polis tərəfindən araşdırmalar aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью