Ağsuda ev və yardımcı tikili yandı

13.08.2025

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Ağsuda ev və yardımcı tikili yanıb.

Avtosfer.az xəbər verir ki, yanğın Ağsu rayon Məlikçobanlı kəndində 1956-cı il təvəllüdlü Kərimova Gülxanım Kamal qızına məxsus evdə baş verib.

Yanğın yerinə Ağsu DYMH nin texnikaları cəlb olunub. Yanğın zamanı Kərimova Gülxanım Kamal qızına məxsus 121 k/m olan yaşayış evinin dam hissəsi, evə bitişik 44 k/m olan yardımçı tikili və tikiliyə yığılmış 4 ton ot yanaraq məhv olub. Yanğının genişlənməsinin qarşısı alınıb, xəsarət alan olmayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью