Ağsuda güclü sel ekskavatoru aşırıb, ölən və xəsarət alanlar var YENİLƏNİB 1 FOTO VİDEO | …
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. Xəbərə video əlavə olunub.
https://t.me/apa_az/96810 *** 14.54 Ağsuda selin ekskavatoru aşırması nəticəsində xəsarət alanların kimliyi bəlli olub.
APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə nəticəsində 1992-ci il təvəllüdlü Qazax rayon sakini Abdullayev Bəxtiyar Nəsib oglu, 1982-ci il təvəllüdlü Cəbrayıl rayon sakini Salahov Elnur Məhəmməd oglu, 1988-ci il təvəllüdlü Gədəbəy rayon sakini Qasımov Bəxtiyar Fazil oglu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar Şamaxı rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Vəziyyətləri nisbi stabil qiymətləndirilir.
*** 13.59 Ağsuda güclü sel ekskavatoru aşırıb. APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Kalva kəndində qeydə alınıb.
Yol-təmir işləri ilə məşğul olan işçilər güclü yağışdan qorunmaq üçün ekskavatorda oturublar. Çaya gələn güclü sel ekskavatoru aşırıb.
Ekskavatorda olan 4 nəfərdən biri-1982-ci il təvəllüdlü Pərviz Ayətullalayev hadisə yerində ölüb.
Digər 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.
Tam oxu
Xəbəri oxu