Ağsuda idarəetmədən çıxan “Mercedes” dərəyə aşdı, sürücüsü komadadır.. VİDEO

26.05.2025

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Ağsu rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza mayın 25-də axşam saatlarında qeydə alınıb. Belə ki, 50-EU-536 dövlət nömrə nişanlı  “Mercedes” markalı maşın idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində sürücü - 1992-ci il təvəllüdlü Abdullayev Radim Əlibala oglu ağır bədən xəsarəti alıb. Yaralı rayon mərkəzi xəstəxanasına çatdırılıb. Hal-hazırda reanimasiyada olduğu bildirilir. 

Qeyd edək ki, faktla bağlı araşdırma davam edir.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью