Ağsuda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var

10.12.2024

Icma.az bildirir, Report.az portalına istinadən.

Ağsuda ölümlə nəticələnən yol qəzası olub.

"Report" xəbər verir ki, 1960-cı il təvəllüdlü Mehdiyev Bəbir Şirin oğlunun idarə etdiyi “Vaz 21074 minik” markalı avtomobil ilə 1987-ci il təvəllüdlü Nağıyev Elmin Ənnağı oğlunun idarə etdiyi “Toyota Prius minik” markalı avtomobilin toqquşub.

Nəticədə “VAZ 21074 minik” markalı avtomobil sürücüsü Bəbir Mehdiyev hadisə yerində ölüb, avtomobildə olan sərnişin 2014-cü il təvəllüdlü Həsənli Ceyhun Vüqar oğlu, “Toyota Prius minik” markalı avtomobilin sürücüsü Elmin Nağıyev və avtomobildə olan 1997-ci il təvəllüdlü Kamilov Mirzə Mirvahid oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı cinayət işi başlanıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью