Ağsuda iki “VAZ” toqquşdu, sürücülərdən biri xəsarət aldı VİDEO

17.04.2025

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ağsuda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza aprelin 16-da səhər saatlarında qeydə alınıb. Belə ki, 06-BG-191 dövlət nömrə nişanlı “VAZ-2106” markalı maşın, “VAZ-2107” markalı avtomobillə toqquşub. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb   “VAZ-2106” markalı maşının idarəetmədən çıxması olub. Nəticədə hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib, sürücülərdən biri yüngül bədən xəsarətləri alıb.

Qeyd edək ki, hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. 

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью