Ağsuda Land Rover aşaraq yandı HADİSƏ YERİNDƏN VİDEO

23.02.2025

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ağsuda qəza olub. 

Avtosfer.az xəbər verir ki, hadisə gecə saatlarında Ağsu dolaylarında baş verib. Hadisə yerinə Ağsu rayon DYMH-nin yanğınsöndürənləri cəlb olunub.

Qəza zamanı Zaqatala rayon Aşağıtala kənd sakini - 1996-cı il təvəllüdlü Əmrah Ramazan Valeh oğluna məxsus 50-FA-156 nömrəli "Land Rover" markalı minik avtomobili aşıb, daha sonra isə alışaraq yanıb.  

Hadisə zamanı xəsarət alan olmayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью