Ağsuda məktəb direktorunun həbs ilə bağlı rəsmi açıqlama

03.02.2025

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dağlıq-Şirvan Regional Təhsil İdarəsi Ağsu rayonu S.Mikayılov adına tam orta məktəbin sabiq direktoru Həsənov Fəxrəddin Həsənqulu oğlunun həbsi məsələsinə münasibət bildirib.

Axar.az xəbər verir ki, Regional İdarədən APA-a verilən məlumata görə, Dağlıq-Şirvan Regional Təhsil İdarəsi tərəfindən adıçəkilən təhsil müəssisəsində aparılmış yoxlama zamanı sabiq direktorun əmək fəaliyyəti dövründə dövlət əmlakını mənimsəməsi də aşkarlanıb və toplanmış materiallar hüquq-mühafizə orqanlarına təqdim edilib.

Bildirilib ki, sabiq direktor əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə ötən il iyulun 3-də tutduğu vəzifədən azad edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью