Bizim media saytına istinadən Icma.az xəbər verir.
Ağsuda meşəlik ərazidə yanğın hadisəsi baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Ağsuçayın sağ sahilində qeydə alınıb.
Dərhal meşə təsərrüfatı işçilərinin ayıq sayıqlığı ilə ərazidə örüş sahələrinin və Ağsu dolaylarının bir hissəsində yanğının qarşısı alınıb. Yanğın zamanı təxminən 4 hektara yaxın ərazidə kol-kos və müxtəlif ağaclar yanıb.
Əraziyə aidiyyatı qurumun əməkdaşları cəlb olunub. Yanğın söndürülüb və genişləndirilməsinin qarşısı alınıb.
Fakt araşdırılır.
Bizim.Media-nın Aran bürosu