Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Ağsu rayonu ərazisində yol-hərəkəti qaydalarını pozan sürücü videolarını sosial şəbəkə hesabında paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, 77-YT-504 dövlət nömrə nişanlı “Lada Granta” markalı avtomobilin sürücüsü “şou” göstərmək məqsədilə bütöv xəttin tələbini pozaraq əks istiqamətli yola çıxıb.
Digər kadrda isə onun maşını nasaz vəziyyətdə - işıq cihazlarından biri olmadan və dövlət nömrə nişanlarını
çıxararaq idarə etdiyi görünür.
Eyni zamanda sürücünün avtomobilin konstruksiyasına müdaxilə etdiyi də kadrda aydın şəkildə əks olunub.
Nərmin