Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ötən gün Ağsuda yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, Ələddin Qədirovun idarə etdiyi “VAZ-2106” və Simran Əhmədlinin idarə etdiyi “Ford Transit” markalı avtomobillər toqquşub.
Nəticədə “VAZ-2106”nın sürücüsü xəsarət alıb, sərnişini olan arvadı, 60 yaşlı Məlahət Qədirova isə hadisə yerində ölüb.
Faktla bağlı polis tərəfindən araşdırmalar aparılır.