Ağsuda qəza: Yeniyetmə oğlan xəsarət aldı VİDEO YENİLƏNİB

03.02.2026

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ağsuda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan üç nəfər xəstəxanaya yerləşdirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a Ağsu Rayon Mərkəzi Xəstəxanasının məlumat verilib.
Bildirilib ki, fevralın 2-si saat 22:00-da üç nəfər (kişi) Ağsu Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:
"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar".

***

Ağsu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında şəhər ərazisində qeydə alınıb.

Şəhər ərazisində "Mitsubishi" və KIA markalı avtomobillər toqquşub. Hadisə nəticəsində "Mitsubishi"də olan sərnişin, 16 yaşlı Sərxan Zöhrabov xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxunub 36

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью