Ağsuda sel avtomobil yolunu dağıtdı Hərəkət çətinləşdi FOTOLAR VİDEO | Icma.az
Avtosfer saytına istinadən Icma.az xəbər verir. Yaz aylarında Ağsu çayına gələn güclü sel rayonun Maşadqanlı kəndinə gedən avtomobil yoluna
Selin yaratdığı güclü axın nəticəsində yolun müəyyən hissələri tamamilə dağılıb, çayla yol arasında yerləşən beton istinad divarları yararsı
Bunun nəticəsində kəndlə rayon mərkəzinin nəqliyyat əlaqəsi bir müddətlik tamamilə kəsilmişdi.
Avtosfer.az xəbər verir ki, hadisədən dərhal sonra görülən ilkin işlər nəticəsində yol qismən bərpa olunsa da, ərazidə təhlükə tam aradan qalxmayıb.
Bir neçə il əvvəl yenidən qurulmuş yol sel sularının gücünə tab gətirməyib.
Torpaq layı, yol yatağı və asfalt örtüyü dağılıb, bəzi hissələrdə dərin çalalar və çökmələr əmələ gəlib.
Sürücülər həmin ərazidən keçərkən xeyli çətinlik çəkdiklərini, bəzən yolun keçilməz hala düşdüyünü bildirirlər.
Ən çox əziyyət çəkənlər isə gündəlik olaraq bu yoldan istifadə edən kənd sakinləridir.
Tam oxu
Xəbəri oxu