Ağsuda sel yolu dağıtdı

16.04.2025

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Yağışlı hava şəraiti ilə əlaqədar Ağsuçaydan keçən sel suları rayonunun Arat-Curuxlu-Maşadqanlı kənd avtomobil yolunun bir hissəsini yararsız hala salıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, hazırda Maşadqanlı kəndi ilə rayon mərkəzinin nəqliyyat əlaqəsində müəyyən məhdudiyyət yaranıb. Əraziyə polis, digər aidiyyəti qurumların əməkdaşları və texnika cəlb olunub.

Yolun açılması istiqamətində işlər görülür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью