Ağsuda su borularını oğurlayan şəxs saxlanıldı

13.04.2026

Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ağsuda oğurluq hadisəsi qeydə alınıb.

AZXEBER.COM xəbər verir ki, rayon ərazisində 120 metr uzunluğunda iri diametrli su boru kəməri naməlum şəxs tərəfindən talanıb. Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş 41 yaşlı Namiq Haxverdiyev saxlanılıb. 

Faktla bağlı cinayət işi başlanılıb, N.Haxverdiyev barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью