Ağsuda yol nəqliyyat hadisəsi nəticəsində 8 nəfər xəsarət alıb

28.03.2025

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ağsuda 8 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, ilkin məlumata əsasən hadisə nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Hadisə zamanı Salmanova Elminaz, Zeynəb Salmanzadə, Əbülfəz Salmanov, Telman Cabbarov, Qurban Qurbanov, Hüseyn Hüseynov və Ramiz Şahbazov xəsarət alıblar.

Onlardan birinin vəziyyətinin orta-ağır olduğu bildirilir. DİN-İN Şəki regional qrupundan verilən məlumata görə faktla bağlı Ağsu RPŞ-də araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью