Ağsuda yol tikintisi zamanı ÖLÜM

24.05.2025

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Bakı-Qəbələ yolunun tikintisində ölüm hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə yolun Ağsu rayonu Kalva kəndinin ərazisindən keçən hissəsində baş verib.

Burada fəhlə işləyən Qobustan rayon sakini 61 yaşlı Umud Seyfəddin oğlu Cəfərov hündürlükdən yıxılaraq ölüb.

Faktla bağlı Ağsu rayon Prokurorluğunda araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью