Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Ağsuda baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslərin son vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Ağsu Rayon Mərkəzi Xəstəxanasından bildirilib.
Qeyd olunub ki, fevralın 1-də, saat 00:20-də dörd nəfər (kişi cinsli) Ağsu Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri alan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.
"Vəziyyəti qənaətbəxş qiymətləndirilən iki nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda iki nəfərin müalicəsi müvafiq şöbələrdə davam etdirilir. Bir nəfərin vəziyyəti orta ağır, digərinin isə ağır qiymətləndirilir", məlumatda deyilir.
Şükufə Süleymanlı