Ağsunun 4 kəndində ilanlar yuva salıb

20.11.2024

Icma.az, Anews portalına istinadən məlumat yayır.

Ağsunun 4 kəndində ilanlar yuva salıb. Bunu Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib. 

"Ağsuda 4 kənd var ki, orada dərs keçirilməsi sadəcə mümkün deyil. Həmin məktəblərdə ilanlar yuva salıb. Bu məktəblərdə zəruri tədbirlərin görülməsini vacib hesab edirəm", - deputat Milli Məclisin  Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələlərinin birgə iclası zamanı deyib. 

Deputat həmçinin bildirib ki, Ağsuda içməli su ilə bağlı problemlər hələ də qalır. 

Gülnar Nazimqızı  


www.anews.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью