“Ah Nerede”nin aktyoru xəstəxanaya yerləşdirildi

28.04.2026

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyəli aktyor Oktay Çubuk xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo” “Sabah”a istinadən xəbər verir ki, aktyorun səhhəti Portuqaliyada istirahətdə olarkən qəfil pisləşib.

Məlumata görə, aktyorun vəziyyəti ağırlaşıb və onun ürəyinin dayandığı bildirilib.

Dərhal xəstəxanaya çatdırılan Oktay Çubuk hazırda reanimasiyadadır.

Qeyd edək ki, Oktay Çubuk “Ah Nerede” və “Cenneti Gözyaşları” kimi layihələrdə yer alıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью