Ahbap a milyonluq ianə edən məşhurların SİYAHISI

06.08.2026

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyədə Haluk Leventin təsis etdiyi "Ahbap"la bağlı aparılan araşdırmada dərnəyə ianə edən məşhurların adları məlum olub.

BAKU.WS xəbər verir ki, İstanbul Baş Prokurorluğunun istintaqı çərçivəsində hazırlanan MASAK hesabatına görə, Tarkan, Sibel Can, Ebru Gündeş, Ajda Pekkan, Tolga Çevik, Kıvanç Tatlıtuğ, Can Yaman və digər tanınmış simalar dərnəyə müxtəlif məbləğlərdə ianə ediblər.

Məlumata görə, ianələrin əksəriyyəti 2023-cü ildə Kahramanmaraş zəlzələsindən sonra yardım məqsədilə köçürülüb.

Bildirilir ki, araşdırma ianə edən şəxsləri deyil, toplanan vəsaitlərin necə xərcləndiyini əhatə edir. Prokurorluq ianələrin təyinatına uyğun istifadə olunub-olunmadığını yoxlayır.

Rəsmi məlumatda qeyd olunub ki, hazırda ianə edən məşhurlarla bağlı hər hansı qanun pozuntusunu təsdiqləyən sübut yoxdur. Araşdırma davam edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью