AHF də yeni təyinat oldu

04.12.2025

Icma.az, Fanat portalına istinadən məlumat verir.

Azərbaycan Həndbol Federasiyasında (AHF) yeni təyinat reallaşıb.

Fanat.Az xəbər verir ki, məlumatı federasiyanın mətbuat xidməti yayıb. 

"Azəryol" həndbol komandasının sabiq baş məşqçisi Vidadi Əliyev qurumun cənub bölgəsi üzrə koordinatoru təyin edilib. Onun rəhbərliyi ilə Astara, Cəlilabad, Lənkəran, Lerik, Masallı və Yardımlı rayonlarında 2012–2013-cü il təvəllüdlü oğlanlardan ibarət yeni komandaların formalaşdırılması istiqamətində işlər aparılacaq.

Qeyd edək ki, Əliyev daha əvvəl kişilərdən ibarət "İdman Akademiyası" ilə yanaşı, milli komandanın baş məşqçisi vəzifəsində çalışıb.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью