AHF rəsmisinə yeni təyinat

08.11.2025

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman şöbəsinin müdiri, beynəlxalq dərəcəli nümayəndə İsgəndər Əsgərov yeni təyinat alıb.

Futbolpress.az AHF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, o, qadınlar arasında Avropa Kubokunun üçüncü mərhələsinin “Bursa Böyükşəhər Bələdiyyəspor”- “AEK Afina” görüşündə Avropa Həndbol Federasiyasının nümayəndəsi olacaq.

Türkiyə və Yunanıstan təmsilçilərinin oyunu noyabrın 9-da Bursa şəhərinin “Nilüfər Bələdiyyə” İdman kompleksində keçiriləcək.

Qarşılaşmanı Monteneqrodan olan hakimlər briqadası idarə edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью