AHİİTA idmançıları beynəlxalq turnirində 2 medal qazanıb

22.05.2025

Icma.az bildirir, Adelet.az portalına istinadən.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabe təşkilatı Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) boks üzrə idmançıları yeniyetmələr arasında “Heydər Əliyev Kuboku-2025” beynəlxalq turnirinin qalibi olub.

Adalet.az xəbər verir ki, yarışda 8 ölkənin 216 idmançısı qüvvəsini sınayıb. Oğlanların mübarizəsində AHİİTA-nın idmançısı Əli Ruşanov (44 kq) bütün rəqiblərini üstələyərək çempion tituluna yiyələnib.

Assosiasiyanın digər boksçusu İbrahim Bədəlli (54 kq) isə beynəlxalq turnirin gümüş medalçısı olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью