AHİK rəhbərliyi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

12.12.2024

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Dekabrın 12-də müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov və qurumun kollektivi, üzv və tabe təşkilatların əməkdaşları Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib, önünə əklil qoyub və güllər düzüblər.

Ümummilli liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью