Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Rəqəmsallaşma istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində həmkarlar ittifaqları sistemində bir sıra xidmətlərin elektron formata keçirilməsi təmin olunub və bu istiqamətdə işlər davam etdirilməkdədir.
XQ xəbər verir ki, vətəndaş müraciətlərinin qəbulu və cavablandırılması, sənəd dövriyyəsi, operativ kommunikasiyanın təmin edilməsi, yollayışların verilməsi rəqəmsal həllər əsasında həyata keçirilir. Bundan əlavə, sağlamlıq və istirahət mərkəzlərində smart-sanatoriya konsepsiyası tətbiq olunur, statistik hesabatların toplanması və emalı prosesi tam elektronlaşdırılıb.
Həmçinin vurğulanıb ki, bu istiqamətdə ən mühüm yeniliklərdən biri e-AHİK elektron platformasının istifadəyə verilməsidir. Belə ki, hazırda həmkarlar ittifaqı üzvləri sağlamlıq və istirahət mərkəzlərinə yollayış üçün müraciəti, rezervasiyanı və ödənişi tam elektron qaydada həyata keçirə, müraciətlərinin icra vəziyyətini şəxsi kabinet vasitəsilə izləyə və elektron yollayışı əldə edə bilirlər. Məqsəd xidmətlərin daha əlçatan, operativ və şəffaf təqdim olunmasını təmin etməkdir.
“Daha bir təşəbbüsümüz isə sosial tərəfdaşlarımızla birgə rəqəmsal platforma üzərindən həyata keçirilən “AHİK Plus” layihəsidir. Layihə çərçivəsində üzvlər müxtəlif xidmət və partnyor şəbəkələrdə xüsusi bonuslar, endirimlər və güzəştlərdən yararlanmaq imkanı əldə edirlər. Qarşıdakı dövrdə rəqəmsal xidmətlərin əhatə dairəsinin daha da genişləndirilməsi və Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur”, - deyə məlumatda qeyd olunub.