AHİK rəsmisi: Yay mövsümündə yollayışlarla bağlı bütün müraciətlərin təmin edilməsi mümkün olmur

31.10.2025

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 31 oktyabr, Günel Türksoy, AZƏRTAC

İctimai rəylərə hörmətlə yanaşan qurum olaraq sosial şəbəkələrdə səslənən fikirlərlə tanış olub, vətəndaşların rəylərini daim nəzərə alırıq. Qeyd etmək istəyirəm ki, yay mövsümü ərzində müraciətlərin sayında kəskin artım müşahidə olunur. Sağlamlıq və istirahət mərkəzlərində yerlərin məhdud və maddi-texniki resursların limitli olması səbəbindən yollayışlarla bağlı bütün müraciətlərin təmin edilməsi mümkün olmur.

Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədrinin müşaviri Cəmaləddin Quliyev deyib.

O bildirib ki, hər bir vətəndaş mövcud sağlamlıq və istirahət mərkəzlərinə getmək üçün şəxsi kabinetdə qeydiyyatdan keçərək müraciətinin gedişatını izləyə bilər: “Elektron sistem müraciətin qəbul olunub-olunmamasını real vaxt rejimində göstərir, təsdiq və ya imtina səbəbləri barədə ətraflı məlumat verir. Bu, prosesin obyektiv və ədalətli aparılmasına şərait yaradır”.

Müsahibənin tam mətni bir qədər sonra AZƏRTAC-da yayımlanacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью