AHİK sədri bu xanımı akademiyaya rektor əvəzi təyin etdi FOTO

05.11.2024

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabeliyindəki Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru, professor Hüseyn Qaraşov vəzifəsindən azad edilib.

"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı AHİK-in sədri Sahib Məmmədov əmr imzalayıb.

Hüseyn Qaraşov bu gün kollektivlə vidalaşıb.

Sahib Məmmədovun digər əmri ilə akademiyanın rektoru vəzifəsi Nurəngiz Mikayılovaya həvalə olunub.

Qeyd edək ki, N.Mikayılova AƏSMA-nın prorektoru vəzifəsində çalışıb.

Murad İbrahimli


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью