Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) "ahik+" adlı yeni elektron layihə hazırlayıb.
APA xəbər verir ki, bununla bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) bugünkü tədbirində konfederasiyanın Aparat rəhbərinin müavini Abbas Əliyev məlumat verib.
O qeyd edib ki, layihə sayəsində AHİK üzvləri xidmət sahələrində 30 faizə qədər güzəştlərdən istifadə edə biləcəklər.
"Həmin layihənin artıq son tamamlanma işləri gedir və yaxın müddətdə istifadəyə veriləcək",- o bildirib.