Ahıl kişi narkotik satanda TUTULDU

07.03.2025

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, əvvəllər də ağır cinayətlərə görə məhkum olunmuş Bəhərçin Mirzəyev saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, ondan marixuana aşkar olunub.

Araşdırmalarla saxlanılan şəxsin narkotiki satış məqsədi ilə üzərində daşıdığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə B.Mirzəyev barəsində həbs qətimkan tədbiri seçilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью