Ahıllar Evində hazırda 214 şəxs qayğı ilə əhatə olunur

07.09.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində 214 ahıl şəxsə xidmət göstərilir. Onlardan 110-u kişi, 104-u qadındır.

XQ xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Sakinlərlə sosial iş aparılır və onların sosial reabilitasiyası həyata keçirilir. Ahıllar sosial-məişət, tibbi-sosial, sosial-psixoloji, sosial-hüquqi və sosial-mədəni xidmətlərlə təmin edilirlər.

Müəssisədə təqdim olunan sosial xidmətlər yalnız gündəlik qayğı ilə məhdudlaşmır. Burada ahıl sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün tədbirlər, mədəniyyət mərkəzlərinə, müxtəlif istirahət mərkəzlərinə ekskursiyaları, gəzintiləri və s. təşkil olunur.

Eləcə də onların müxtəlif idman yarışları, gimnastika məşğələləri və yaradıcılıq fəaliyyətlərində iştirakı təmin edilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью