Ahıllar Yanardağ Dövlət Tarix Mədəniyyət və Təbiət Qoruğunda

01.07.2026

Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri üçün "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna ekskursiya təşkil edilib.

AZXEBER.COM xəbər verir ki, iştirakçılar qoruq ərazisində əsrlərdir sönmədən yanan təbii qaz alovları və muzeylə tanış olublar, bu unikal təbiət abidəsinin tarixi və mədəni əhəmiyyəti barədə ətraflı məlumat əldə ediblər. 

Ahılların asudə vaxtının səmərəli təşkili məqsədilə keçirilən ekskursiya böyük maraqla qarşılanıb və xoş təəssüratlarla yadda qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью